ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları İranın Suriyada yerləşən hərbi bazalarına zərbələr endirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hücumun detalları və itkiləri barədə hələki əlavə məlumat verilmir.
Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.
Bizim.Media