Rusiya son sutkada Xersonu 67 dəfə ATƏŞƏ tutub

Hazırda oxunan: Rusiya son sutkada Xersonu 67 dəfə ATƏŞƏ tutub

127119

Rusiya ordusu son sutkada Ukraynanın Xerson vilayətini 67 dəfə atəşə tutub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, düşmən son 24 saatda ağır artilleriyadan ümumilikdə 301 mərmi atıb:

“23 mərmi yaşayış məntəqələrinə, fərdi və çoxmənzilli binalara, tibb müəssisəsinə düşüb. Təəssüf ki, itkilərimiz var. 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb”.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, həmçinin Xersona 7 hücum cəhdi olub.

O bildirib ki, son sutkada 59 mülki şəxs Xersondan təxliyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin