UNICEF-dən XƏBƏRDARLIQ - 11 milyon uşağın həyatı TƏHLÜKƏDƏ

Hazırda oxunan: UNICEF-dən XƏBƏRDARLIQ - 11 milyon uşağın həyatı TƏHLÜKƏDƏ

127117

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) Yəməndə humanitar böhran səbəbindən 11 milyon uşağın "təcili" yardıma ehtiyac olduğunu və qida çatışmazlığı təhlükəsi ilə üzləşdiklərini açıqlayıb.

Bizim.Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

UNİCEF-in yaydığı hesabatda qeyd olunur ki, humanitar yardımın davam etdirilməsi üçün təcili olaraq 484 milyon ABŞ dollarına ehtiyac var.

"Yəməndə səkkiz ildir davam edən hərbi qarşıdurma milyonlarla uşağın həyatını məhv edib. Ölkədə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var. Təcili tədbirlər görülməsə, milyonlarla insan qida çatışmazlığı riski ilə üz-üzə qalacaq. Vətəndaş müharibəsi zamanı məcburi köçkün düşən uşaqların vəziyyəti son dərəcə narahatlıq doğurur. Əsas ehtiyacları qarşılana bilməyən köçkün düşərgələrinə 2 milyon 300 mindən çox uşaq dolub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin