Fransa polisi ölkədə pensiya islahatlarına qarşı bir müddətdir davam edən etiraz aksiyalarına qoşulub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mediasında məlumatlar yayılıb.
Belə ki, yayılan video görüntülərdə Fransanın müxtəlif şəhərlərində bəzi təhlükəsizlik qüvvələrinin və Fransa polisinin etirazçılara qoşulduğu əks olunub.
MÖVZU İLƏ BAĞLI:
Etirazlar Fransanın bütün şəhərlərinə yayıldı - VİDEO
Yerli mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələri və Fransa polisi uzun sürən xalq etirazlarından yorulub və siyasi problemlərin həllinin polisin vəzifəsi olmadığını açıqlayaraq onlara qoşulublar.
Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar.
Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib.
Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub. Bu səbəbdən də Fransada insanlar tətil edir, işə çıxmır.
Bizim.Media