.Əfqanıstandan olan bir qrup miqrant Yunanistandan Suva çayı vasitəsi ilə üzərək Makedoniyaya keçməyə cəhd ediblər, onlardan üçü boğularaq ölüb.
Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, ölənlərin hamısı qohumdurlar: iki doğma bacı və onların əmisi oğlu. Qadınlardan biri hamilə olub.
Polisə və xilasetmə qrupu sərhədi üzərək keçmək istəyən 23 əfqan qaçqının həyatını qurtarmağı bacarıblar. İnsanları sudan çıxarıb və tranzit düşərgəsinə aparıblar. Bu qrupdan dörd nəfər xəsarət alıb və onları xəstəxanaya çatdırıblar.
Əvvəllər, Makedoniya hökuməti öz sərhədlərinin qeyri-leqal miqrantlar üçün bağladığını açıqlayıb, bundan sonra qaçqınlar Şimali Avropaya getmək üçün başqa yollar axtarmağa başlayıblar.
Ramil Həsənli
































































































