İsrail generalı İrana nə vaxt hücum ediləcəyini açıqladı

Hazırda oxunan: İsrail generalı İrana nə vaxt hücum ediləcəyini açıqladı

126793

İranın hərbi-sənaye kompleksinin nüvə silahının yaradılmasına yaxın olması İsrailin İranla müharibə riskini xeyli artırır. Qərb kəşfiyyatına əsasən, nüvə başlığı istehsal etmək üçün lazım olan zənginləşdirilmiş uranı əldə etmək üçün Tehrana cəmi iki həftə vaxt lazımdır.

Bizim.Media xəbər verir ki, bu informasiyanın fonunda ABŞ Müdafiə Naziri Lloyd Austin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli təcili məsləhətləşmələr aparmaq üçün bir-birinin ardınca İsrailə səfər edib.

Hazırda analitiklər deyirlər ki, ABŞ İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün İsrailə "yaşıl işıq" yandırmayıb və strateji tərəfdaşının hərəkət etmək cəhdlərinin qarşısını almağa çalışır.
İsrail ordusunun istefada olan briqada generalı Əmir Avivi “The Washington Free Beacon” qəzetinə müsahibəsində deyib ki, Bayden administrasiyası Yerusəlimə İranın nüvə proqramına hərbi cavab üçün etibarlı plan təqdim etməyib, İsraili təkbaşına İrana hücum etməyə məcbur edib. 

Generalın sözlərinə görə, ABŞ administrasiyasının hərəkətləri yəhudi dövlətini İslam Respublikasına qarşı hərbi zərbələrə həmişəkindən daha da yaxınlaşdırıb.

30 il İsrail Müdafiə Qüvvələrində xidmət edən və hazırda Müdafiə və Təhlükəsizlik Forumu analitik mərkəzinin sədri olan Əmir Avivi təxmin edir ki, Bayden administrasiyası Yaxın Şərqdəki müttəfiqlərini İranın nüvə inkişafı ilə mübarizə planı ətrafında birləşdirməsə, İsrailin yaxın üç ay ərzində İrana zərbə endirməkdən başqa çarəsi qalmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin