“Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global” məlumat verib.
Qeyd edək ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyasında birləşib. Kemal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədridir.
Xatırladaq ki, ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:06 / 22.03.2023
Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli SÜRÜLDÜ
Hazırda oxunan: Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli SÜRÜLDÜ
Hazırda oxunan: Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli SÜRÜLDÜ
126764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.