ABŞ-da sürətlə yayılan ölümcül xəstəlik peyda oldu

Hazırda oxunan: ABŞ-da sürətlə yayılan ölümcül xəstəlik peyda oldu

126693

ABŞ-da Candida auris göbələyinin yaratdığı ölümcül xəstəlik yayılır. 

Bizim.Media “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. 

Məlumata görə, göbələk ştatların yarısında aşkar edilib. Tədqiqatçıların fikrincə, göbələyin yayılması COVID-19 pandemiyası zamanı, onun yayılmasına nəzarət azaldıqdan sonra daha da sürətlənib. 
Xəstəlik yaşlılar üçün daha təhlükəlidir və 60% hallarda xəstənin ölümü ilə nəticələnir. Statistikaya görə, 2022-ci ildə ABŞ-da ən azı 2,377 yoluxma qeydə alınıb.  

Qeyd edək ki, xəstəlik ilk dəfə 2009-cu ildə Yaponiyada qeydə alınıb. Bununla belə, “Candida auris”in ən erkən ştammı 1996-cı ildə Cənubi Koreyada aşkar edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin