Axşam saatlarında Özbəkistanın əksər bölgələrində güclü yeraltı təkanlar hiss olunub.
Bizim.Media Özbəkistanın “NUZ” agentliyinə istinadla xəbər verir ki, titrəyişlər üfüqi xarakter daşıyıb.
Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi 220 km olub.
Qeyd olunub ki, zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə cənub-şərq istiqamətində 561 km-dir.
Qeyd edək ki, zəlzələ Özbəkistanla yanaşı Pakistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanda da hiss olunub. Zəlzələdən sonra Özbəkistanın Daşkənd şəhərində əhali evlərini tərk edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media