Ukraynaya uran tərkibli silahların verilməsinə Rusiyadan REAKSİYA  

Hazırda oxunan: Ukraynaya uran tərkibli silahların verilməsinə Rusiyadan REAKSİYA  

126661

“Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi deyib ki, Ukrayna tükənmiş uran sursatını Ukraynaya təhvil verəcək. Yəni, Yuqoslaviya ssenarisi. Bu mərmilər bu torpaqlarda yaşayan insanları nəinki öldürür, eyni zamanda ətraf mühitə sirayət edir, onkologiyaya səbəb olur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova teleqram kanalında yazıb. 

“Yuqoslaviyada bundan ilk olaraq NATO əsgərləri, xüsusən də italyanlar əziyyət çəkirdilər. Sonra uzun müddət itmiş sağlamlıqlarına görə NATO-dan təzminat almağa çalışdılar. Lakin onların iddiaları rədd edilib”, - deyə Zaxarova əlavə edib. 
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirliyi Ukraynaya uran tərkibli mərmilərin veriləcəyini elan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin