Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürülüb.
Bizim.Media xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə 18 nəfər prezidentliyə namizədliyini irəli sürdü
Müraciətləri qəbul olunan namizədlərin adı bu gün yerli vaxtla saat 20:00-da elan olunacaq.
Qeyd edək ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 mayda keçiriləcək.
***11:53
Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürüləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Xaricdə yaşayan Türkiyə vətəndaşları bu tarixdən səs verə biləcəklər
Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) bu gün saat 15.00-da Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Qurumuna müraciət edəcək.
Bizim.Media