Amerika 2 gün qabaq Türkiyəyə terror xəbərdarlıq edibmiş - RƏSMİ

Hazırda oxunan: Amerika 2 gün qabaq Türkiyəyə terror xəbərdarlıq edibmiş - RƏSMİ

126569
Ötən gün Türkiyənin paytaxtı Ankarada növbəti terror aktı törədildi. Rəsmi məlumatlara görə, terakt nəticəsində 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Moderator.az xəbər verir ki, modern.az saytı terrordan iki gün qabaq ABŞ-ın Türkiyədəki səfirliyinin maraq doğuran bəyanatına nəzər yetirib.

Belə ki, Amerikanın Ankaradakı səfirliyi terrordan 2 gün qabaq, yəni 11 martda terror olacağı anonsunu verib.

Səfirliyinin rəsmi saytındakı açıqlamada, Amerika vətəndaşlarına mümkün terror aktına görə xəbərdarlıq edilir.

“Bahçelievlər ərazisində mümkün təhlükə”x9d başlığı altında yayımlanan bəyanatda bildirilir:

“Amerika səfirliyi ABŞ vətəndaşlarına Türkiyə hökumət binalarının və mənzillərin yerləşdiyi Bahçelievlər ərazisində terroristlərin potensial hücumu barədə məlumat verir. Amerika vətəndaşları bu ərazidən uzaq durmalıdırlar. Biz məsləhət görürük ki, ABŞ vətəndaşları şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirsinlər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin