Fransada etirazlar DAVAM EDİR: Etirazçılar bu dəfə dəmiryolu relslərinə AXIŞDILAR -VİDEO

Hazırda oxunan: Fransada etirazlar DAVAM EDİR: Etirazçılar bu dəfə dəmiryolu relslərinə AXIŞDILAR -VİDEO

126541

Fransada pensiya islahatlarına etirazlar davam edir. 

Bizim.Media xəbər verir ki, pensiya yaşının artırılmasına etiraz edənlər qatarların hərəkətinə mane olublar. 

Etirazçılar əllərində məşəl və bayraqlarla Paris və ətraf şəhərlərdəki dəmiryolu relslərini bağlayaraq qatarların gediş-gəlişini məhdudlaşdırıblar. 

Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar. Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib.  
Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub. Bu səbəbdən də Fransada insanlar tətil edir, işə çıxmır. Hətta tətil nəticəsində də Parisdə zibillər aşıb-daşmağa başlayıb.   

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin