Lavrov: “Rəsmi Moskva üçtərəfli sazişin qeyd-şərtsiz yerinə yetirilməsinin tərəfdarıdır“

Hazırda oxunan: Lavrov: “Rəsmi Moskva üçtərəfli sazişin qeyd-şərtsiz yerinə yetirilməsinin tərəfdarıdır“

126534

“Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bütün razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin tərəfdarıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 20-də erməni həmkarı Ararat Mirzoyanla Kremldə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib. 

Erməni jurnalistin sualına cavab verən S.Lavrov bildirib ki, “işğal bitdi, aqressiya başladı” şüarı ilə heç bir məsələni həll etmək mümkün olmayacaq, odur ki, tərəflərin barışması üçün yollar axtarmaq lazımdır.  
Rusiyalı nazir erməni jurnalistin guya Azərbaycanın Rusiyanın vasitəçilik səylərini gözdən salmasına dair sualına cavabında bu səylərin ABŞ, Avropa İttifaqı, NATO tərəfindən gözdən salındığını və bölgədə öz kuratorluğunu həyata keçirməyə çalışdığını qeyd edib. 

Lavrov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı hazırda tərəflərlə danışıqlar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin