İsrail böyük dövlətlərin İranı cəzalandırmalarını istəyir

Hazırda oxunan: İsrail böyük dövlətlərin İranı cəzalandırmalarını istəyir

126479
İsrail gözləyir ki, böyük dövlətlər raket sınaqlarının atom razılaşmasının şərtlərini pozduğunu nəzərə alaraq, İranı cəzalandıracaqlar.

RİA Novosti-nin yaydığı xəbərə görə, belə bir bəyanatla bazar günü İsrail Nazirlər Kabinetinin rəhbəri Binyamin Netanyahu çıxış edib.

İsraildə iddia edirlər ki, İran tərəfinin bu həftə buraxdığı raketlər nüvə başlıqları daşıya bilərlər və buna görə də, onların sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsini pozur.

“Mən XİN-ə tapşırmışam ki, İranla nüvə sazişini imzalamış böyük dövlətlərlə əlaqə saxlasın. Mən onlardan İranın Təhlükəsizlik Şurasının qərarlarını pozmasına yol verməmək üçün götürdükləri öhdəliklərini yerinə yetirmələrini xahiş etdim. İranın buna görə cəzasız qalmasına yol vermək olmaz”x9d, - deyə, Netanyahu bildirib.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin