Cənubi Koreyada “Samsunq S7”x9d və “Samsunq S7 Edce”x9d mobil telefonlarının satışı görünməmiş rekorda imza atıb.
Axar.az xəbər verir ki, bu barədə şirkətin rəsmiləri məlumat veriblər.
Məlumata görə, satışa çıxarıldığı ilk iki gündə 100 mindən çox mobil telefon satılıb.
“Satışın 40 faizi “Samsunq S7 Edce”x9dnin payına düşüb”x9d, - şirkətdən bildirilib.
Qeyd edək ki, “Samsunq S7”x9d telefonları “S6”x9dlardan akkumlyatorun gücü və toz və nəmə qarşı qoruyucu gücünün olması ilə fərqlənir.


































































































