Polis İmran Xanın evinə daxil olub

Hazırda oxunan: Polis İmran Xanın evinə daxil olub

126226

Pakistan polisi sabiq Baş nazir İmran Xanın Lahor şəhərindəki iqamətgahına daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə İmran Xan “Twitter“də yazıb.

O qeyd edib ki, məhkəmə prosesində iştirak etmək üçün İslamabad şəhərinə yola düşüb və bundan sonra polis qüvvələri onun evinin ətrafındakı barrikadaları yararaq daxil olublar.

Xan qeyd edib ki, polis onun evinə daxil olarkən xanımı tək olub: 

“Pəncab polisi Buşra Begum evdə tək olduğu vaxt hücum edib. Bunu hansı qanuna əsasən ediblər? Bu, London planının bir hissəsidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin