Lukaşenko və Putin Azərbaycandan keçəcək nəqliyyat dəhlizindən DANIŞDILAR 

Hazırda oxunan: Lukaşenko və Putin Azərbaycandan keçəcək nəqliyyat dəhlizindən DANIŞDILAR 

126164

Martın 17-də axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. 

Bizim.Media xarici KİV-ə tərəflər Rusiya, Azərbaycan və İran ərazisindən keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin perspektivlərini müzakirə ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya XİN-dən Putinin həbsinə REAKSİYA 


Müvafiq mövzu martın 12-13-də Aleksandr Lukaşenkonun İrana rəsmi səfəri zamanı da qaldırılıb.

Belarus dövlət başçısı bildirib ki, ölkəsi İran və Rusiya ilə birlikdə adı çəkilən beynəlxalq nəqliyyat dəhlizinin inkişafında iştirak etmək niyyətindədir. 

Bundan əlavə, martın 17-də Belarus Dəmir Yollarının rəhbəri Vladimir Morozov və Rusiya Dəmir Yollarının filialı olan Volqa Dəmir Yollarının rəhbəri Sergey Almeyev arasında işçi görüşü keçirilib. Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin