Rusiya XİN-dən Putinin həbsinə REAKSİYA  

Hazırda oxunan: Rusiya XİN-dən Putinin həbsinə REAKSİYA  

126149

“Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur və mümkün həbs orderləri qanuni olaraq etibarsızdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdi


Zaxarova bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının həm ümumilikdə Rusiya üçün, həm də hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur:

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs təlimatları bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin