Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra intensivləşəcəyi gözlənilir.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, yağıntının bütün zəlzələ bölgəsində güclü, Adıyaman vilayətində, Şanlıurfanın şimal və qərbində, Kahramanmaraşın cənubunda və şərqində, Qaziantepin şimalında və şərqində çox güclü olacağı proqnozlaşdırılır.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə üçün bütün dünyada işıqlar söndürüləcək
Kahramanmaraş, Adıyaman, Malatyanın dağlıq ərazilərində güclü sulu qar və qar yağacağı təxmin edilir.
Bölgədə son günlər yağan leysanla əlaqədar çaylarda suyun səviyyəsinin qalxması və gözlənilən yeni intensiv yağışlar, sel və daşqınlar, tufan, şimşək çaxması, dolu, güclü külək və qar səbəbindən buzlaşmaya görə tədbirli olmaları, nəqliyyatda gecikmələrə qarşı səbirli davranmaları barədə əhaliyə xəbərdarlıq edilib.
Bizim.Media