Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “HƏ” dedi

Hazırda oxunan: Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “HƏ” dedi

126143

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib. 

Ərdoğan qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq:

“Ötən il NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumdan sonra Finlandiya öhdəlikləri üzrə səmimi və konkret addımlar atıb. Beləliklə, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq”. 
 
Türkiyə rəhbərinin sözlərinə görə, Finlandiya Prezidenti ilə danışıqlar prosesində NATO-nun genişlənmə prosesini də dəyərləndiriblər:

“Türkiyə NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir, lakin bizim haqlı təhlükəsizlik narahatlıqları var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin