Pandemiya zamanı eynəkdən istifadə faydalı imiş - Alimlər açıqladı

Hazırda oxunan: Pandemiya zamanı eynəkdən istifadə faydalı imiş - Alimlər açıqladı

12591

Hindistan alimləri bu nəticəyə gəliblər ki, koronavirus pandemiyası zamanı eynək taxan insanlar virusdan daha çox qorunmuş olurlar.

Bizim.Media xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti yazıb.

Mənbə yazır ki, eynək taxmayan insanların digərləri ilə müqayisədə virusa yoluxma riski yüksəkdir.

Tədqiqatçılar COVID-19-a yoluxmuş 304 pasiyent arasında sorğu keçiriblər. Məlum olub ki, onların 19%-i günün çox hissəsində eynək taxır.

Alimlər gündə səkkiz saat eynək taxanların koronavirus infeksiyasına yoluxma ehtimalının az olduğunu bildiriblər. Çünki bu insanların üzə və gözlərə toxunma ehtimalı azdır.

Ekspertlər həmçinin sübut ediblər ki, eynək selikli qişa vasitəsilə COVID-19-a yoluxmaya mane olan hansısa qoruyucu amil ola bilər.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa 112 milyondan çox yoluxma qeydə alınıb, 87 milyondan çox pasiyent sağalıb, virusa yoluxmuş 2,6 milyondan çox insan ölüb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin