Barselonada reper Pablo Aselin həbsi ilə əlaqədar sol radikallar tərəfindən təşkil edilmiş qarışıqlıqların gedişatında azı yeddi nəfər saxlanılıb.
Bu barədə Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir.
Mənbə bildirir ki, Barselonada ötən günkü aksiya Sants vağzalında başlayıb. Etirazçılar mərkəzə doğru yollanıblar, amma “İspaniya” meydanı yaxınlığında polis onların yolunu kəsib.
Aksiyaçılar bundan sonra hərəkət marşrutunu dəyişdiriblər və “Universitet” meydanına yollanıblar.
Aralarında xeyli sayda həddi-buluğa çatmayanların da olduğu radikallar asayiş keşikçilərinə daş, zibil, butulkalar atmağa başlayıblar, pois əməkdaşlarını təhqir ediblər, habelə yol nişanlarını qoparıblar.
Polislər etirazçıları sıxışdırıblar. Bundan sonra aksiyaçılar barrikadalar quraraq “Kataloniya” meydanına yollanıblar.
Radikallar geyim mağazasının vitrinini sındırıblar və onu qarət etməyə başlayıblar. Bununla bağlı keçirilən əməliyyat zamanı asayiş keşikçilərinin bir əməkdaşı yaralanıb.
İspaniyada aksiyalar reper Pablo Aselin həbsinə etiraz olaraq artıq bir neçə gündür keçirilir. Lakin aksiyalar qarşıdurmalarla, qarətlərlə və dağıntılarla müşayiət olunur.
Reper terrorçuluğun təbliğində və kralı təhqir etməkdə təqsirləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 22.02.2021
Barselonada etirazlar: 7 nəfər saxlanıldı
Hazırda oxunan: Barselonada etirazlar: 7 nəfər saxlanıldı
Hazırda oxunan: Barselonada etirazlar: 7 nəfər saxlanıldı
12587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.