"ABŞ məni devirmək istəyir" - Prezidentdən şok bəyanat

Hazırda oxunan: "ABŞ məni devirmək istəyir" - Prezidentdən şok bəyanat

125869
"ABŞ xüsusi xidmət orqanları ölkəmizdə dövlət çevrilişi hazırlayır"

Bu sensasion bəyanatla Venesuela prezidenti Nikolas Maduro çıxış edib.

ABŞ-ın bölgədə və bütün dünyada yürütdüyü siyasəti sərt tənqid edən Maduro bu ölkənin hökumətini dikbaşlıqdan, intriqa yaratmaqdan və öz gücündən sui-istifadə etməkdən əl çəkməyə çağırıb.

Venesuela televiziyasının efirində çıxış edən Maduro ABŞ-ı həmçinin ölkəsində dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Xatırladırıq ki, ABŞ və Venesuela arasında diplomatik əlaqələr 2010-cu ildən demək olar ki, kəsilmiş vəziyyətdədir.(Ölkə.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin