Dalğıc dünya rekordunu qırdı, ağzından qan gəldi - VİDEO

Hazırda oxunan: Dalğıc dünya rekordunu qırdı, ağzından qan gəldi - VİDEO

125624

Çexiyalı dalğıc David Vencl bir nəfəsə 52,1 metr dərinliyə dalmaqla dünya rekordunu qırıb. O bu, tryükünü İsveçrədəki donmuş Sils gölündə edib. 

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, əyninə heç bir qoruyucu patar geyinmədən, çılpaq bədənlə Vencel 52,1 metr dərinliyə 1 dəqiqə 54 saniyəyə çatıb. Təhlükəsizlik məqsədi ilə onu 15 metrə qədər 4 nəfər dalğıc müşayət edib. Sonra o qalan məsafəni tək qət edib. Dünya rekordunu təzələyən dalğıcın ağzından qan gəldiyi üçün onu təcili yardım xidmətinin əməkdaşları xəstəxanaya aparıblar. 

Verdiyi açıqlamada David Vencl bildirib ki, “özümü yaxşı hiss etdim, hər şey plana uyğun getdi. Rekord üçün həyəcanlıyam. Əvvəlkilərdən daha yavaş idim. Səbəbini bilmirəm”. 

Qeyd edək ki, Sils gölü dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir, 71 metr dərinliyə malikdir. David Vencl suya dalan zaman gölün üzərində 20 santimetr qar, qarın altında isə 35 metr qalınlığında buz təbəqəsi olub. 

Əhməd Fikrətoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin