Marqarita Simonyan: “Paşinyan Rusiyaya nifrət edir və Putini aldadır”

Hazırda oxunan: Marqarita Simonyan: “Paşinyan Rusiyaya nifrət edir və Putini aldadır”

125617

“Mən heç vaxt heç bir dəhlizlə bağlı heç nə deməmişəm, amma Paşinyan haqqında demişəm və deyəcəyəm də. O, erməni xalqına xəyanət edib, satqındır. O, sata biləcəyi bütün erməni maraqlarını satıb. İndiyə qədər bacarmadığı şəxslərə qarşı xəyanət edir. O, Rusiyaya nifrət edir və Putini aldadır. O, ABŞ kəşfiyyatının namus və vicdanı olmayan əlaltısıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan yazıb.

“Hələ yayda dediyim bu sözlərimə görə Ermənistana girişimi bağladılar, amma siz inanmadınız ki, təmiz erməni qadınını Ermənistana buraxmaya bilərlər.

Bu, düzünü desəm, məni çox narahat etmir. Onsuz da Ermənistana getmək fikrində deyildim və həyatımda cəmi iki dəfə orda olmuşam: 25 yaşımda rəislə ezamiyyətdə, 35 yaşımda Tiqranla onun dostunun dəvəti ilə.

Paşinyan hakimiyyəti dövründə mən heç bir halda Ermənistana uçmazdım. Amma mənim üçün girişi bağladıqları ifadə utancvericidir: "Hörmətsizliyə görə".

Nə hörmətsizlik, əfəndi? Hörmətsizliyi qazanmalısan. Sən isə, əfəndi, nifrət zonasındasan. Beləliklə, ifadənizi düzəldin. 

“Mövcud hakimiyyətdən iyrəndiyi üçün Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib”, deyə o yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında bəzi məşhur rusların, o cümlədən erməni əsilli şəxslərin ölkəyə giriş qadağasını şərh edib.

Xüsusilə Konstantin Zatulin, Marqarita Simonyan və Aram Qabrelyanov Ermənistanda persona non-qrata elan edilib.

"Ermənistan suveren dövlətdir və özünə qarşı hörmətli münasibət gözləyir. Öz maraqlarına qarşı təcavüz olduğu halda suveren mexanizmlərindən istifadə etmək hüququ var. Siz ermənipərəst mövqedən danışırsınız. İnsanlar ortaya çıxır və deyir ki, Ermənistan dəhliz vəd edib və bu dəhlizi təmin etməlidir. Ermənipərəst mövqe budurmu?”, - Paşinyan Zatulinin ötən il dərc olunmuş müsahibəsinə belə münasibət bildirib.

Paşinyan “Qara siyahı”ya daha kimlərin daxil edildiyini dəqiqləşdirməyib. Amma nə Milli Təhlükəsizlik Xidməti, nə də Ermənistan Xarici İşlər Nazirliyi bu siyahısı ilə bağlı məlumat ala bilməyib.

Kreml öz növbəsində bəzi rusiyalının Ermənistana girişinə qadağa qoyulmasına mənfi reaksiya verib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Zatulin, Simonyan və Qabrelyanovla bağlı jurnalistlərə bildirib ki, Ermənistan Rusiyanın böyük dostu, müttəfiqi, strateji tərəfdaşıdır və ikitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi ikitərəfli münasibətləri belə hallardan qorumağa məcbur edir.

Peskov Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin “yaxın gələcəkdə belə insidentlərdən azad olacağına” ümid etdiyini də bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin