“Baykar” zəlzələdən zərər çəkən 10 min şagirdə planşet HƏDİYYƏ ETDİ - VİDEO

Hazırda oxunan: “Baykar” zəlzələdən zərər çəkən 10 min şagirdə planşet HƏDİYYƏ ETDİ - VİDEO

125612

“Baykar” əsrin fəlakəti adlandırılan zəlzələdən zərər çəkmiş tələbə və şagirdlərin təhsilinə dəstək olmaq üçün 10.000 planşet hədiyyə edərək yeni kampaniyaya rəhbərlik edir. 

“Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktarın hər kəsi dəvət etdiyi kampaniya çərçivəsində bağışlanacaq planşetlər Milli Təhsil Nazirliyi tərəfindən zəlzələ bölgəsində “YKS” və “LGS” imtahanlarına qatılacaq şagirdlərə paylanacaq. 

Bu barədə Bizim.Media-ya “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar ianə kampaniyası ilə bağlı açıqlamasında “bölgədəki qardaşlarımızı dəstəkləməyə davam edirik”, - deyə qeyd edib. 

“Yaşadığımız zəlzələ fəlakətindən bir aya yaxın vaxt keçir. Bu prosesdə dövlətimiz və bütün qeyri-hökumət təşkilatlarımız zəlzələ bölgəsindəki qardaşlarımızın əsas həyat ehtiyaclarını ödəmək üçün çox çalışıblar və bunu davam etdirirlər. “Baykar”, “T3 Vəqfi” və “CANSAĞLIĞI Vəqfi” olaraq könüllülərimizlə birlikdə bölgədəki qardaş və bacılarımıza humanitar yardım ləvazimatları, mənzil ianələri, konteyner şəhərlər, müvəqqəti mətbəxlər, oyun və tədbir çadırları ilə dəstəyimizi davam etdiririk. 

Millətimizi və qurumlarımızı ianə kampaniyasına dəvət edirik.

Gənc bacı və qardaşlarımızın təhsillərini qaldıqları yerdən davam etdirə bilmələri də bizi maraqlandırır. Bu istiqamətdə Milli Təhsil Nazirliyinə 10.000 planşet hədiyyə edir, bütün millətimizi və qurumlarımızı bu kampaniyaya dəstək olmağa dəvət edirik”, - deyə S.Bayraktar əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin