Rusiya səfiri Qara dənizdəki hadisəyə görə ABŞ Dövlət Departamentinə ÇAĞIRILDI 

Hazırda oxunan: Rusiya səfiri Qara dənizdəki hadisəyə görə ABŞ Dövlət Departamentinə ÇAĞIRILDI 

125548

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Qara dəniz üzərində ABŞ PUA-sı ilə Rusiyanın hərbi təyyarəsinin toqquşmasından sonra ABŞ Dövlət Departamentinə çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

Məlumata görə, xarici siyasət idarəsi hadisə ilə əlaqədar Moskva ilə təmasda olmaq niyyətində olduğunu açıqlayıb. 

Qeyd edək ki, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin