Ukrayna müharibəsində ölən dinc sakinlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Ukrayna müharibəsində ölən dinc sakinlərin sayı AÇIQLANDI

125418

Ukraynada müharibə başlayandan 8 231 dinc sakin ölüb, 12 734 nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) son hesabatında qeyd olunub.

Hesabatda göstərilib ki, ölənlərin arasında 3 664 nəfər kişi, 2 173 qadın, uşaqlar arasında 260 nəfər oğlan və 203 qız, o cümlədən cinsini təyin etmək mümkün olmayan 31 uşaq və 1900 nəfər böyük var.

Müharibədə xəsarət alanların 3 638 nəfəri kişi, 2471-i qadın, uşaqların 413 nəfəri oğlan və 295 nəfəri qızdır.

Xəsarət alanların arasında cinsi hələlik məlum olmayan 271 uşaq və 6 646 nəfər böyük var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin