Kadırovun boksçusu nokaut oldu - Video

Hazırda oxunan: Kadırovun boksçusu nokaut oldu - Video

125407
VBA versiyası üzrə super ağır çəki kateqoriyasında dünya çempionu, Çeçenistanın “Əhməd”x9d klubunun üzvü 37 yaşlı boksçu Ruslan Çaqayev avstriyalı Lukas Braunla qarşılaşıb.xa0

Çeçenistan Prezidenti Ramzan Kadırovun himayəsindəki boksçu görüş ərzində rəqibi ilə mübarizədə üstün olub, lakin matçın sonunu gətirə bilməyib. Ruslan Çaqayev görüşün 10-cu raundunda Lukas Braunun zərbəsi ilə yerə yıxılıb. Ayağa qalxıb mübarizəni davam etdirən Çaqayev Braunun zərbələrinə qarşılıq verə bilməyib və hakim avstriyalının qalib gəldiyini açıqlayıb. Çaqayev döyüşdən sonra hakimi mübarizəni erkən dayandırmaqda ittiham edib. Kadırov isə məsələ ilə bağlı İnstaqramdan Ruslan Çaqayevə dəstək verib: “Məğlubiyyətə baxmayaraq, Çaqayev böyük boksçudur və hörmətə layiqdir”x9d.( Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin