Dövlət Departamentindən İranın hava sərhədimizdəki təxribatı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət Departamentindən İranın hava sərhədimizdəki təxribatı ilə bağlı AÇIQLAMA

125371

ABŞ Dövlət Departamenti Azərbaycan və İran arasında gərginliyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə ki, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meyilli Cənubi Qafqaz regionuna nail olaq", - deyə Ned Prays qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin