Azərbaycan nümayəndə heyəti ATƏT-in görüşündə iştirak edir - FOTO

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti ATƏT-in görüşündə iştirak edir - FOTO

125345

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən görüşündə iştirak edir. 

Bizim.Media xəbər verir ki, görüşün gündəliyinə uyğun olaraq, “Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, “Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və “Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzuları üzrə müzakirələr aparılır. 

Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub. 
Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilərək, Ermənistan tərəfinin jurnalistlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq sahəsində yol verdiyi pozuntular, o cümlədən Vətən müharibəsi dövründə beynəlxalq jurnalistlərə qarşı apardığı qarayaxma kampaniyaları barədə iştirakçılara məlumat verilib, azad edilmiş ərazilərimizdə yerləşdirilmiş minaların partlaması nəticəsində jurnalistlərin həyatını itirməsi ilə bağlı həqiqətlər diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin