"Azərbaycan hələ Rəsulzadənin nəşinə sahiblənməyə hazır deyil..."

Hazırda oxunan: "Azərbaycan hələ Rəsulzadənin nəşinə sahiblənməyə hazır deyil..."

125309
Deputat Fazil Mustafa Rəsulzadənin nəşinin Türkiyədə qalmasının daha vacib olduğu düşüncəsindədir: “Bununla bağlı açıqlamam olub. Mənə elə gəlir ki, Azərbaycan hələ Rəsulzadənin nəşinə sahiblənməyə hazır deyil. Dəyərlər var ki, bizdə də onun yerinə oturması vacibdir. Türkiyə də Azərbaycan torpağıdır. Bu baxımdan Rəsulzadəni narahat etməyə də ehtiyac yoxdur. Hər bir Azərbaycanlının qəlbində Rəsulzadə sevgisi varsa, qəbrin burada olmaması elə də əhəmiyyət daşımır. Bu gün Fəxri Xiyabandakı qəbirlər var ki, üzərində ”x9dMüsavat cəlladları tərəfindən qətlə yetirilib" sözləri yazılıb. Nə qədər ki, bu yazılar Azərbaycanda durursa, Müsavatın müstəqilliyimizdəki rolunu anlamaq problemi varsa, Rəsulzadənin nəşini bura gətirməyə nə ehtiyac var? Onun tarixi qiymətini bəzi hallarda xalq və dövlət olaraq verə bilmiriksə, orada qalmağı daha doğrudur. Bu məsələni böyütməyə ehtiyac yoxdur. Allah onun ruhunu şad eləsin. Azərbaycan tarixində gəlib-getmiş ən böyük şəxsiyyətdir"."

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin