İranın keçmiş DİN başçısının həbsxana kamerasına hücum olub.
Bizim.Media “RadioFarda”ya istinadən xəbər verir ki, bunu İranın keçmiş daxili işlər naziri, məhbus, hazırda Tehranda Evin həbsxanasında saxlanılan Mustafa Taczadə İranın ali rəhbəri Seyid Əli Xameneiyə müraciətində bildirib.
“Son bir ayda sizin (İranın ali rəhbəri ayətulla Seyid Əli Xameneini nəzərdə tutur - red.) təyin etdiyiniz həbsxana müfəttişləri Evin zindanının 4 kamerasına hücum edir”, - o, vurğulayıb.
Məhbus, keçmiş nazir yazıb ki, həbsxana məmurları kameraya hücum etdikdən sonra məhkumların qeydlərinin də özləri ilə aparıblar:
“Dəfələrlə bildirmisiniz ki, opponentlərinizin sizi tənqid etmək hüququ var. Ancaq mən sizin fəaliyyətinizi iki məsələdə tənqid etdiyim üçün 15 il həbs cəzası almışam”.
Mustafa Taczadə hesab edib ki, İranın keçmiş Baş naziri, hazırda ev dustağı olan Mirhüseyn Musəvinin konstitusiyanın dəyişdirilməsi ilə bağlı azad və şəffaf referendumun keçirilməsi haqqında təklifini dəstəklədiyi üçün kamerasına hücum olub.
Xatırladaq ki, Mustafa Taczadə Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər naziri olub. Bundan başqa o, Xatəminin müşaviri və başqa vəzifələrdə işləyib. İranda yarımleqal fəaliyyəti göstərən, hakimiyyətə müxalifət sayılan İran Milli Cəbhəsinin üzvü olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:40 / 13.03.2023
Xameneiyə görə 15 il həbs cəzası alan keçmiş nazirin kamerasına HÜCUM OLUB
Hazırda oxunan: Xameneiyə görə 15 il həbs cəzası alan keçmiş nazirin kamerasına HÜCUM OLUB
Hazırda oxunan: Xameneiyə görə 15 il həbs cəzası alan keçmiş nazirin kamerasına HÜCUM OLUB
125193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.