Hindistan və Çin sərhədində son durum

Hazırda oxunan: Hindistan və Çin sərhədində son durum

12509

Hindistan və Çin komandanlıqları qarşılıqlı olaraq sərhəd rayonlarından qoşunların çıxarılması ilə bağlı danışıqları başa çatdırıb.

Bizim.Media "Hindustan Times"a istinadən xəbər verir ki, Moldo sərhəd məntəqəsində dünən başlayan danışıqlar 16 saat davam edib və gecə saat 02.00-da başa çatıb. Görüş Hindistan və Çinin sərhəddə yerləşən Panqonq-Ço gölü yaxınlığından qoşunlarını çıxarmasının yekunlaşmasından sonra başlanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Hindistan və Çin hərbçiləri arasında atışma: 24 əsgər yaralandı

​​​​​​​
Qeyd edək ki, Panqonq-Ço gölünün yerləşdiyi Ladakx bölgəsində vəziyyət keçən il mayın əvvəlindən gərginləşməyə başlayıb.

Həmin vaxt hır iki tərəfdən 250 əsgərin iştirakı ilə toqquşma olub, hər iki tərəfdən 100 nəfər yaralanıb.

İyunun 15-dən 16-na keçən gecə isə Ladakx bölgəsində Qalvan çayı yaxınlığında silahlı qarşıdurma olub.

Nəticədə 10 Hindistan əsgəri ölüb, 76 əsgər yaralanıb. Hindistan Çin tərəfdən ən azı 45 əsgərin öldüyünü bildirib. 

Bundan sonra Hindistan və Çin arasında hərbi və diplomatik səviyyədə danışıqlar başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin