Türkiyədə dağılan binalarla bağlı 279 nəfər həbs edildi

Hazırda oxunan: Türkiyədə dağılan binalarla bağlı 279 nəfər həbs edildi

125089

Zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Bizim.Media xəbər verir ki, saxlanılanların 279-u həbs edilib, 370 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Bundan başqa, 250 şübhəli barəsində axtarış elan edilib.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin