Hulusi Akardan F-16-ların satın alınması ilə bağlı mühüm AÇIQLAMA

Hazırda oxunan: Hulusi Akardan F-16-ların satın alınması ilə bağlı mühüm AÇIQLAMA

124976

Türkiyə F-16-ların satın alınması üçün üzərinə düşən vəzifələri yerinə yetirib və müttəfiqlərindən də eynisini gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “CNN Türk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Administrasiyası məsələyə dair müsbət mövqe sərgiləyir.

“Ağ Ev və Pentaqondan müsbət bəyanatlar səsləndirilir. Konqres üzvlərinin bəziləri isə mənfi fikirlər səsləndirilir. Biz sağlam düşüncənin üstünlük təşkil etməsini istəyirik. Problemə rasional şəkildə yanaşmalıdırlar. Güclü Türkiyə güclü NATO deməkdir. Hər kəsin məntiqli davranması lazımdır”, - deyə o vurğulayıb.

Nazir, həmçinin, ölkəsinin F-35 proqramından qeyri-qanuni şəkildə kənarlaşdırıldığını da xatırladıb:

“Danışıqlar davam edir. Yanvarın 18-də Vaşinqtonda məsələ ilə bağlı görüş keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin