Repçinin həbsinə etiraz edənlər də həbs olundu

Hazırda oxunan: Repçinin həbsinə etiraz edənlər də həbs olundu

12496

İspaniyada reper Pablo Aselin həbsinə etiraz əlaməti olaraq baş verən və sol radikalların iştirak etdiyi qarışıqlıqların gedişatında saxlanılanların sayı 30 nəfəri ötüb.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

"Şənbə günü axşam kütləvi qarışıqlıqlarla və soyğunçuluqla bağlı hərəkətlərlə əlaqədar 34 nəfər saxlanılıb:

bir nəfər Leridedə, iki nəfər Tarraqonada, 31 nəfər Barselonada",- Kataloniyanın hüquq-mühafizə orqanlarının xəbərində deyilir.

Ən çətin vəziyyət Barselonada yaranıb. Radikallar şəhərin mərkəzində talanlar təşkil ediblər, barrikadalar qurublar, onları yandırıblar, mağazaların vitrinlərini dağıdıblar, qarət ediblər, eyni zamanda polisə daş və müxtəlif predmetlər atıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin