Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

Hazırda oxunan: Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

124713

Rusiya Ukraynanın 10 regionuna geniş raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski teleqram kanalında bildirib.

"Ağır gecə. Ölkə daxilində kütləvi raket hücumu. Kiyev, Kirovoqrad vilayəti, Dnepropetrovsk vilayəti, Odessa vilayəti, Xarkov vilayəti, Zaporojye, Lvov vilayəti, İvano-Frankivsk rayonu, Jitomir vilayəti, Vinnitsa vilayəti. Kritik infrastruktura, yaşayış binalarına hücumlar. Təəssüf ki, ölənlər və yaralananlar var. Ailələrə başsağlığı verirəm”, - deyə Ukrayna lideri bildirib.
O, Ukraynaya 81 raket atıldığını bildirib. 

Zelenskinin sözlərinə görə, Rusiya “öz acınacaqlı taktikasına qayıtmaqla ukraynalıları yenidən qorxutmağa” çalışır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin