Martın 10-da Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələnin episentri 592 min nəfərin yaşadığı Kayseridən 8 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı 5 km dərinlikdə yerləşir.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.
Bizim.Media