SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov 85 illik yubileyində müğənnilik bacarığını nümayiş etdirib.
Qorbaçov “Zaman maşını”x9d rok qrupunun lideri Andrey Makareviçlə duet oxuyub.
Qorbaçov məşhur rus-sovet müğənnisi Klavdiya Şuljenkonun “Köhnə məktublar”x9d mahnısını ifa edib. Andrey Makareviç siyasətçini gitarada müşayiət edib.
Yubiley mərasimi Moskvanın “Radisson”x9d mehmanxanasında keçirilib. Qorbaçovla bir masanın arxasında Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin və ABŞ-ın Rusiyadakı səfiri Con Tefft əyləşmişdi.
Rusiya prezidenti Vladimir Putin siyasətçiyə təbrik teleqramı göndərib.(Publika.az)


































































































