“Rusiya tərəfi Laçın yolu ətrafında vəziyyəti həll etmək üçün Azərbaycan və Ermənistanla müvafiq danışıqlar aparır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, Laçın yolu ətrafında vəziyyətin həlli yollarının axtarışı davam edir.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlılarının komandanlığı, Rusiya Xarici İşlər Nazirliyi və hər iki tərəf arasında əlaqə saxlanılır.
Zaxarova qeyd edib ki, təfərrüatların ictimai müzakirəsi məsələnin həssaslığına görə məntiqli deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:33 / 09.03.2023
Zaxarova: “Moskva Laçın yolu ətrafında vəziyyəti həll etməyin yollarını axtarır” - VİDEO
Hazırda oxunan: Zaxarova: “Moskva Laçın yolu ətrafında vəziyyəti həll etməyin yollarını axtarır” - VİDEO
Hazırda oxunan: Zaxarova: “Moskva Laçın yolu ətrafında vəziyyəti həll etməyin yollarını axtarır” - VİDEO
124662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.