ABŞ daha 11 iranlını “qara siyahı“ya SALDI – Bu qadağalar TƏTBİQ OLUNACAQ  

Hazırda oxunan: ABŞ daha 11 iranlını “qara siyahı“ya SALDI – Bu qadağalar TƏTBİQ OLUNACAQ  

124659

ABŞ insan hüquqlarını kobudcasına pozduğuna görə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısını genişləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 9-da rəsmi Vaşinqton İranın 8 fiziki və 3 hüquqi şəxsinin adını “qara siyahı”ya daxil edib.

İranın məhkəmə hakimiyyəti və digər hüquq-mühafizə orqanlarının təmsilçilərinə qarşı sanksiya İranda baş verən kütləvi aksiya iştirakçılarına qarşı qəddar davranışlarına görə tətbiq olunub.

Adı sanksiyalar siyahısına düşən şəxslərə ABŞ ərazisinə daxil olmaları qadağan edilib və onların Birləşmiş Ştatların banklarındakı maliyyə aktivləri dondurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin