Rusiya bir gündə Ukraynada 600 milyon dollar İTİRDİ

Hazırda oxunan: Rusiya bir gündə Ukraynada 600 milyon dollar İTİRDİ

124635

Martın 9-na keçən gecə Rusiya qoşunları Ukraynaya müxtəlif ölçülü 81 raket atıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Forbes nəşri yayıb.

Mənbə həmin raketlərini qiymətini açıqlayıb.

X-101 raketinin qiyməti 13 milyon, X-555 raketinin qiyməti 7,5 milyon dollardır. Müvafiq olaraq, atılan bu raketlərdən 28-i Rusiyaya 215.5-358.5 milyon dollara başa gəlib.

“Kalibr” raketinin qiyməti 6,5 milyon dollardır, yəni gecə atılan mərmilərin ümumi dəyəri 130 milyon dollardır.

“X-47 Xinjal” hipersəs raketinin qiyməti 10 milyon dollardan başlayır, 6 buraxılışın ümumi dəyəri 60 milyon dollardır.

X-59 və X-31P raketlərinin hər biri 0,5 milyon dollardır. 8 buraxılışın ümumi dəyəri 4 milyon dollar təşkil edir.

S-300 zenit raketlərinin hər biri 2 milyon dollardır. 13 buraxılış 26 milyon dollar edir.

Ümumilikdə atılan raketlərin qiyməti 600 milyon dollara yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin