Dünən gecə Gürcüstanın paytaxtında vəziyyətin gərgin olduğu ortaya çıxıb. Tbilisinin mərkəzində polis və etirazçılar arasında qarşıdurma olub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Sputnik Gürcüstan” nəşrində yer alıb.
Mənbə yazır ki, etirazçılar təhlükəsizlik qüvvələrinin cəhdlərinə baxmayaraq bütün gecə şəhər mərkəzini tərk etməyiblər. Onlar polis maşınını yandırıblar.
Gürcüstanın xüsusi qüvvələri Tbilisinin mərkəzində quraşdırılan barrikadaları söküblər.
Etirazçıları su şırnaqları və gözyaşardıcı qazla qovmağa başlayıblar. Nəticədə polis kütləvi şəkildə vətəndaşları tutaraq şöbələrə aparıb.
Səhərə yaxın etirazların episentri olan Rustaveli prospekti açılıb. Nəqliyyatın hərəkəti bərpa olunub.
Nümayişçilərin ölkə parlamentinə bitişik ərazini tərk etdiyi deyilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iki gün ərzində Tbilisidə “Xarici agentlər” haqqında qanuna etiraz edən 133 nəfər saxlanılıb.
Bizim.Media