Dünyada ən qiymətli pasport sıralamasında Almaniya pasportu ilk sırada yer alır.
Moderator.az xəbər verir ki, Henley Partners tərəfindən 2006-ci ildən bu yana reallaşdırılan viza səyahət edilə bilən ölkələr göz qarşısında saxlanılaraq edilən sıralamaya görə, alman pasportu üst-üstə üçüncü dəfə, dünya daxilində ən çox ölkəyə viza səyahət imkanı təmin edən pasport olub.
199 ölkə pasaportunun qiymətləndirildiyi sıralamada, Alman pasportu 218 ölkənin 177-sinə viza səyahət imkanı təqdim edir. Almaniyanı 176 ölkəyə viza səyahət imkanı təmin edən İsveç pasportu təqib edərkən, üçüncü sıranı 175 ölkəyə problemsiz giriş imkanı təmin edən Finlandiya, Fransa, İtaliya, İspaniya və İngiltərə pasportları paylaşır. ABŞ-ın pasportu ilə viza səyahət edilə bilən ölkə sayı isə 174-dür.
Sıralamada Əfqanıstan pasportu 25 ölkə ilə son sırada iştirak edir. Əfqanıstanın önündəki ölkələr isə viza səyahət edilə bilən 29 ölkə ilə Pakistan və 30 ölkə ilə İraq pasportu oldu.
Elşən Yəhyayev































































































