Türkiyə musiqinin “kraliçası”x9d sayılan məşhur müğənni Sezen Aksunun 91 yaşlı anası Şehriban Yıldırım dünyasını dəyişib.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, Sezen Aksunun izmirdə yaşayan anası uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. O, keçən il 26 gün İzmir xəstəxanasında müalicə olunandan sonra evə buraxılmışdı.
Qeyd edək ki, məşhur müğənninin anası uzun müddət orta məktəbdə müəllimə işləyib.
Elmin Nuri

































































































