Hollandiyada 23 yaşlı qadın stomotoloji klinikada uşaq dünyaya gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumata görə, 23 yaşlı Cessika Alderinq adlı qadın velosiped sürərəkən yolda yıxılıb. Sonra mədəsindən ağrı tutan qadını görən polislər yaxınlıqda başqa klinika olmadığı üçün diş klinikasına aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Hamilə olduğunu bilməyən qız qəfil ana oldu – Ətraflı
Qadın diş həkimində mədə ağrısı olduğunu düşündüyü ağrının doğuş sancısı olduğunu öyrənib. İki uşaq anası olan qadının üçüncü övladı stomotoloji klinikada dünyaya gəlib.
Cessika Alderinq yaşadığı hadisədən təəccübləndiyini və hamilə olduğundan xəbərsiz olduğunu bildirib.
Bizim.Media