Qazaxıstanda ictimai yerlərdə söyüşə görə cəzalar ağırlaşdırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib.
Qərara əsasən ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.
Günahı sübuta yetirilənlərə 69 min tenge (təxminən 269 manat) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrar törədildiyi təqdirdə həbs cəzası 30 günə qədər artırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:29 / 07.03.2023
Bu ölkədə ictimai yerlərdə söyüş söyənlər CƏZALANDIRILACAQ
Hazırda oxunan: Bu ölkədə ictimai yerlərdə söyüş söyənlər CƏZALANDIRILACAQ
Hazırda oxunan: Bu ölkədə ictimai yerlərdə söyüş söyənlər CƏZALANDIRILACAQ
124145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.