İranda məktəblilərin zəhərlənməsinə Xameneidən İLK REAKSİYA – VİDEO 

Hazırda oxunan: İranda məktəblilərin zəhərlənməsinə Xameneidən İLK REAKSİYA – VİDEO 

124049

İranda məktəblilərin davamlı olaraq zəhərlənməsi ilə bağlı Xamenei açıqlama verib. 

Bizim.Media xəbər verir ki, bu barədə ”Azad İran” teleqram kanalı məlumat yayıb. 

İranın rəhbəri Əli Xamenei Ağacəkmə Günü ilə bağlı çıxışında deyib: 

"Hökumət şagirdlərin zəhərlənməsi məsələsini ciddi şəkildə araşdırmalıdır. Bu, böyük və bağışlanmaz cinayətdir”.

Onun sözlərinə görə, əgər bu işdə kiminsə əli varsa- heç şübhəsiz ki, bəzilərinin əli var – aidiyyəti qurumlar, kəşfiyyat və hüquq-mühafizə orqanları bu cinayətin həm səbəbkarlarını, həm də icraçılarını izləməli, kökünü tapmalı və onlara ağır cəza verilməlidir: 

“Çünki bu, kiçik bir cinayət deyil. Bu, həm cəmiyyətin ən məsum təbəqəsinə, yəni uşaqlara qarşı törədilən cinayətdir, həm də qorxu yaradır, inamsızlıq yaradır, cəmiyyətin psixoloji gərginliyinə, ailələrin narahatlığına səbəb olur.
Bu işdə əli olanlar tapılmalı və araşdırılmalıdır. Ciddi araşdırılmalıdır və əgər onlar mühakimə olunsa, əfv olunmayacaqlar. Bunu hamı bilməlidir. Onlar cəzalandırılmalı və cəzaları ibrət olmalıdır".
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin